IMG-LOGO

Goranboyda yük maşını atı vurub öldürdü

29.07.2025 20:31 13 baxış
IMG

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, insident rayonun Veyisli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü E.Əliyev idarə etdiyi MAN markalı yük avtomobili ilə Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Q.Alıyevə məxsus atı vurub. Nəticədə heyvan hadisə yerində tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti