IMG-LOGO

Arif Babayev reanimasiyaya yerləşdirildi - Vəziyyəti ağırdır - YENİLƏNİB

24.07.2025 22:58 10 baxış
IMG

Xalq artisti Arif Babayev təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

Lent.az xəbər verir ki, bu barədə APA-ya Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.

O qeyd edib ki, atası Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

APA-nın əldə etdiyi məlumata görə, xalq artistinin vəziyyəti ağırdır.

***

17:24

Xalq artisti Arif Babayev Bakıya gətirilir. 

Qax rayon Mərkəzi Xəstəxanasından Lent.az-a verilən məlumata görə, Arif Babayev xüsusi ambulansla Bakı şəhərinə yola salınıb. 

Xalq artistinin Yeni Klinikaya yerləşdiriləcəyi bildirilir. 

***

saat 15:41

 

İyulun 23-də saat 17:30-da Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub.

Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.

Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır.

*** 14:23

Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu Yaşar Babayev məlumat verib.

O bildirib ki, Xalq artistinin Təcili Tibbi Yardım maşını ilə Bakıdakı xəstəxanaların birinə gətirilməsi üçün hazırlıq işləri görülür.

Xəbər lenti