IMG-LOGO

Gəncədə 41 yaşlı qadın bıçaqlandı

22 Jul 2025 03:08 233 baxış
IMG

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, insident şəhər ərazisində qeydə alınıb. 1984-cü il təvəllüdlü F. İbrahimova döş qəfəsindən aldığı kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkən dərhal əməliyyat olunub. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti