IMG-LOGO

“Beşiktaş” öz meydanında “Başakşəhər”ə uduzdu

12.04.2025 22:19 139 baxış
IMG

Türkiyə Super Liqasında XXXI turun görüşləri davam edir. 

Lent.az xəbər verir ki, günün ilk matçında "Konyaspor" öz meydanında "Göztəpə" ilə qarşılaşıb.

Ev sahibləri görüşdən minimalhesablı qələbə ilə ayrılıblar - 1:0.

Turun digər matçında isə "Beşiktaş" doğma azarkeşlər önündə "Başakşəhər"lə üz-üzə gəlib. "Qara qartallar" rəqibinə 0:2 hesabı ilə məğlub olub.

Türkiyə Super Liqası XXXI tur 17:00. "Konyaspor" - "Göztəpə" - 1:0 20:00. "Beşiktaş" - "Başakşəhər" - 0:2 20:00. "Bodrumspor" - "Antalyaspor" - 0:0

Xəbər lenti