IMG-LOGO

Azərbaycanda FACİƏ: iki uşaq atasını qatar vurub öldürdü

13.03.2025 00:11 2 baxış
IMG

Kürdəmir sakinini qatar vuraraq öldürüb.

Lent.az-ın xəbərinə görə, hadisə axşam saat 8 radələrində rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

44 yaşlı kənd sakini Famil Bağırov dəmir yolunu keçmək istəyərkən onu qatar vurub.

Ağır xəsarətlər alan F. Bağırov hadisə yerində dünyasını dəyişib.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Mərhum Famil Bağırov iki uşaq atası idi.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti