IMG-LOGO

Neftçalada ana və üç övladı qazdan ZƏHƏRLƏNDİ

10.03.2025 23:12 10 baxış
IMG

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində baş verib.

Kənd sakinləri - 31 yaşlı Məmmədova Rəqsanə Əbülfət qızı və 3 azyaşlı övladı vanna otağında olarkən zəhərləniblər.

Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan  onların həyatları üçün təhlükə olmadığı bildirilib.

Xəbər lenti