IMG-LOGO

Naxçıvanda AĞIR QƏZA: Bir nəfər öldü - FOTO

11.03.2025 01:59 10 baxış
IMG

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib.

Qəza zamanı 77-CD-523 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 75-TA-336 dövlət nömrəli nişanlı "NAZ-Lifan" (taksi) markalı avtomobil toqquşub. Hadisədə taksinin sürücüsü, Naxçıvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəfərov Sərxan Kamran oğlu vəfat edib. Avtomobildə olan digər sərnişin, Babək rayon Hacıvar kənd sakini, 2004-cü il təvəllüdlü Sübhan Abbas Aftandil oğlu xəsarət alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti