IMG-LOGO

"Qaziantepspor” "Beşiktaş"ı 10 nəfərlə məğlub etdi

11 Mar 2025 04:53 328 baxış
IMG

Türkiyə Super Liqasında XXVII tura yekun vurulub.

Lent.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.

"Beşiktaş" öz meydanında "Qaziantepspor"u qəbul edib.

10 nəfərlə qalan qonaqlar rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Türkiyə Super Liqası XXVII tur 21:30. “Beşiktaş” - “Qaziantepspor” - 1:2

Mənbə: lent.az

Xəbər lenti