İsmayıllıda 18 yaşlı gənc kirayə yaşadığı evin hamamında ölü tapılıb.
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, gəncin meyiti Ağdam rayon Kolqışlaq kəndinə gətirilərək ailəsinə təhvil verilib.
Mərhum, 2007-ci il təvəllüdlü Əliyev Rahib Elnur oğlu İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində zootexniklik ixtisası üzrə təhsil alırmış.
O, 3 mart tarixində sözügedən kəndin qəbirstanlığında dəfn olunacaq.