IMG-LOGO

Xırdalandakı yanğında sakinlər təxliyə olunur – HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR

03.03.2025 04:38 18 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.

APA xəbər verir ki, bu barədə "FHN məlumat yayıb.

 

*** 02:12

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Lent.az xəbər verir ki, yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb. 

Hazırda yanan obyektin bütün perimetri boyu qüvvələr tərəfindən yanğına fəal müdaxilələr edilir. 

Əlavə məlumat veriləcək.

 

*** 01:17

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verib.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatlar əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti