IMG-LOGO

Naxçıvanda avtomobil iki yeniyetməni vurdu

02.03.2025 01:38 19 baxış
IMG

Naxçıvan şəhərində avtomobil iki yeniyetməni vurub.

Lent.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.

Belə ki, avtomobil yolu keçən Babək rayon Güznüt kənd sakini, 2009-cu il təvəllüdlü Mustafayev Əli Zahid oğlunu və Naxçıvan şəhər sakini, 2008-ci il təvəllüdlü Abdullazadə Şahin İslam oğlunu vurub.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti