IMG-LOGO

Rusiyada tanınmış azərbaycanlı vəkil Elman Paşayev saxlanıldı

17 Sep 2024 09:02 166 baxış
IMG

Keçmiş vəkil Elman Paşayev barəsində cinayət işi açılıb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, O, saxlanılıb.

Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə iş açılıb. İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında Paşayev Aleksey Blinovskini inandırıb ki, böyük pul mükafatı müqabilində Blinovski və onun həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər.

Razılaşma əldə olunandan sonra Paşayev Blinovskidən külli miqdarda pul alıb.

Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi davam etməkdədir.

Mənbə: lent.az

Xəbər lenti