ABŞ-da məşhur reper və prodüser P. Diddy (əsl adı Şon Kombs - Qeyd) münsiflər heyəti tərəfindən zorakılıq və insan alverində ittiham olunduqdan sonra Nyu-York məhkəməsinin zalında saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ittiham aktındakı məqamlar hələ ki, bəlli deyil.
Şon Kombs 2023-cü ildən bəri bir neçə dəfə zorakılıq və şantajda ittiham olunur.
Ən çox rezonans doğuran isə sənətçinin keçmiş sevgilisi, müğənni Kassandra Venturanın iddiası ilə bağlı iş olub. Lakin sonrada müğənni müraciətini geri götürüb.
Bizim Telegram kanalımıza abunə olun