Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Lent.az xəbər verir ki, qadınlardan ibarət yığmamız Vyetnamla üz-üzə gəlib.
Komandamız Nikaraqua, Avstraliya və Sloveniyaya qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçə edib. 8 xala malik qadın millimiz 11-ci sırada yer alıb. Yığmamız Vyetnam üzərində qələbə qazanıb - 1,5:2,5.
Vyetnam – Azərbaycan - 1,5:2,5 Le Thao Nguyen Pham – Günay Məmmədzadə - 1:0 Ti Kim Pung Wo - Ülviyyə Fətəliyeva - 0:1 Phuong Luong – Gövhər Beydullayeva - 0:1 Ngoc Duong Bac – Xanım Balacayeva - 0,5:0,5
Mənbə: lent.az