IMG-LOGO

İmişlidə əmək yarmarkası keçiriləcək 

16.09.2024 22:01 9 baxış
IMG

Mil-Muğan Regional Məşğulluq filialının təşkilatçılığı ilə 20 sentyabr tarixində İmişli rayonunda əmək yarmarkası keçiriləcək.

"Report"un Muğan bürosunun məlumatına görə, yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti