IMG-LOGO

Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsində su kəsiləcək

15 Sep 2024 22:44 149 baxış
IMG

Sabah Bakının Qaradağ və Səbail rayonlarında su kəsiləcək.

Bu barədə “Report”a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Səngaçal istiqamətində Kür 1 xəttində baş verən qəza hadisəsinin aradan qaldırılması işləri ilə əlaqədar sentyabrın 16-sı saat 11:00-dan 16:00-dək Qaradağ rayonu ərazisinə, Lökbatan qəsəbəsinə və Səbail rayonunun bir hissəsinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti