IMG-LOGO

Trampı yenidən öldürmək istədilər

15 Sep 2024 23:06 256 baxış
IMG

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı növbəti dəfə sui-qəsdə cəhd edilib.

Lent.az xəbər verir ki, bu barədə konqresmen Taylor-Green məlumat yayıb. O Trampın sağ-salamat olduğunu deyib.

Məlumata görə Trampın Florida ştatındakı qolf klubunun qarşısında atışma baş verib.

İnsidentdən sonra Trampın seçki qərargahı onun xəsarət almadığını bildirib: “Tramp Florida qolf klubu yaxınlığında silahlı atışmadan sonra təhlükəsizdir”.

“Reuters” isə Trampın olduğu yerə yaxın ərazidə atışma baş verdiyi haqda məlumat yayıb.

Digər təfərrüatlar hələlik məlum deyil.

Mənbə: lent.az

Xəbər lenti