IMG-LOGO

Əslən Astaradan olan həmyerlimiz Rusiya-Ukrayna müharibəsində ölüb

15 Sep 2024 19:43 295 baxış
IMG

Daha bir həmyerlimiz Rusiya-Ukrayna döyüşlərində dünyasını dəyişib.

Lent.az-ın verdiyi məlumata görə, Rusiya-Ukrayna cəbhəsində, əslən Astara rayonundan olan 28 yaşlı Hikmət Ağayev ölüb.  Hikmət Ağayev Rusiya vətəndaşı olaraq müqavilə ilə bu ölkənin ordusuna cəlb olunub. Onun Kursk istiqamətində gedən döyüşlərdə öldüyü bildirilir. 

Qeyd edək ki, həmyerlimiz 10 ilə yaxın idi Tula vilayətinin Novomoskovsk şəhərində yaşayırdı.

İlkin Rzayev

Mənbə: lent.az

Xəbər lenti