Dietoloq Svetlana Fus xərçəng, demans və ürək xəstəliyi riskini artıran qidaları açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, qida rasionunun təxminən yarısını təşkil edən ultra-işlənmiş qidalar orqanizmdə ciddi fəsadlara səbəb olur.
Son onilliklərdə ultra emal olunmuş qidaların ümumi sağlamlığı pisləşdirməklə yanaşı, xərçəng, ürək-damar xəstəlikləri, insult və demans kimi ciddi xəstəliklərin inkişaf riskini artırdığına dair kifayət qədər sübutlar var.
Bu məhsulların hazırlanması üsullarının müxtəlifliyinə baxmayaraq, onların ortaq bir cəhəti var: bu cür qidalara əhəmiyyətli sənaye emalından keçirlər, ona konservantlar, süni dadlandırıcılar, emulqatorlar – bir sözlə, ev yeməklərində rast gəlinməyən maddələr əlavə olunur.
Bu cür qidaların istehlakı artdıqca xərçəng və şəkərli diabet kimi xəstəliklərin də tezliyi artır.
Ultra işlənmiş qidalara aşağıdakılar daxildir:
sənaye çörəyi, şirin səhər yeməyi taxılları, hazır şorbalar, yoqurtlar, emal edilmiş ət məhsulları (vetçina, kolbasa), qəlyanaltılar, çipslər, peçenyelər, dondurma, şirin qazlı içkilər.
Mənbə: lent.az