IMG-LOGO

Goranboyda ev yandı, 6 aylıq körpə yaralandı -YENİLƏNİB

15 Sep 2024 18:30 223 baxış
IMG

Goranboyda baş verən yanğında 6 aylıq körpə yanıq xəsarətləri alıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, yanıq  xəsarətləri alan 2024-cü il təvəllüdlü Ö.Mammedovdur.

Körpənin vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

 

***

18:11

 

Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: lent.az

Xəbər lenti