IMG-LOGO

Xaçmazda avtomobil səkiyə çırpıldı, 1 nəfər öldü

15 Sep 2024 13:24 183 baxış
IMG

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, "Opel" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək səkiyə çırpılıb.

Nəticədə 23 yaşlı Şəhriyar Məmmədov hadisə yerində ölüb. 22 yaşlı Gülməmməd Gülməmmədov isə, xəsarət alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti