IMG-LOGO

Məşhur boksçu gələcəkdə idman naziri olacağını bildirib

15 Sep 2024 12:30 149 baxış
IMG

Ağır çəkidə WBC, WBA, WBO və IBO çempionu Aleksandr Usik gələcəkdə idman naziri olmağı planlaşdırdığını bildirib. 

Lent.az-ın məlumatına görə, o, bu barədə Polşanın Kanal Sportowy onlayn idman kanalına müsahibəsində bildirib.

“Uşaqlarla təkcə idmanda deyil, həm də psixologiyada, sağlam həyat tərzini dəstəkləməkdə işləmək, öz başımla düşünmək, kimin nə dediyinə qulaq asmamaq istərdim”, - o vurğulayıb.

Boksçunun sözlərinə görə, o, uşaqlara bacardığı bəzi şeyləri öyrətmək üçün onlarla işləmək istəyir.

Mənbə: lent.az

Xəbər lenti