Latviya hökuməti Rusiya və Belarus taxılının ölkə ərazisindən tranzitinə qadağa qoyulması məsələsini nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə yerli media Latviya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, qərar layihəsi digər nazirliklərlə birlikdə hazırlanıb və milli sanksiyaların tətbiqini nəzərdə tutur.
"Xarici İşlər Nazirliyi sanksiyaların tətbiqinin hüquqi və iqtisadi risklər daşıdığını başa düşür. Bunlara artıq bağlanmış müqavilələrin icrası ilə bağlı mümkün məhkəmə çəkişmələri, nəqliyyat-logistika sektoruna və dövlət büdcəsinə daxilolmalara təsir, eləcə də normativ aktların Avropa İttifaqı qanunvericiliyinə uyğunluğunun təmin edilməsi zərurəti daxildir", – bəyanatda deyilir.
Mənbə: report.az