IMG-LOGO

AFR-də əyləncə parkında sistemin nasazlığı səbəbindən 15 nəfər xlordan zəhərlənib

14 Nov 2026 23:36 13 baxış
IMG

Almaniya Federativ Respublikasının (AFR) Brül şəhərindəki "Phantasialand" əyləncə parkında "Ling Bao" hotelinin 15 ziyarətçisi hovuzda xlordan zəhərlənib.

"Report" WDR telekanalına istinadən xəbər verir ki, sistemdəki nasazlıq səbəbindən xlorun konsentrasiyası artıb, "Microsoft Outlook"un işindəki nasazlıq fəsadları daha da ağırlaşdırıb, çünki bu səbəbdən administrasiya problem barədə xəbərdarlıq almayıb.

Qeyd olunub ki, ziyarətçilər səhhətlərinin pisləşməsindən, o cümlədən tənəffüs yollarının qıcıqlanmasından şikayətləniblər. Hadisə yerinə təcili xidmətlər və yanğınsöndürənlər gəlib. Zərərçəkənlərdən dördü xəstəxanaya yerləşdirilib.

Nasazlıq aşkar edildikdən sonra hovuz müvəqqəti bağlanıb və suyu dəyişdirilib, daha sonra ziyarətçilər üçün yenidən açılıb.

Mənbə: report.az

Xəbər lenti