IMG-LOGO

Bakıda tələbə qız yataqxanada qəfil öldü

14 Nov 2026 19:06 13 baxış
IMG
0 0

Bakıda tələbə qız qəfil vəfat edib.

Lent.az oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib.

Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 17 yaşlı Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb.

Məlumata görə, onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb. Tələbənin ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr meyit ölüm tələbə qız yataqxana

Mənbə: lent.az

Xəbər lenti