IMG-LOGO

Şahruddin Məhəmmədəliyev yenidən "Qarabağ"da

18.07.2024 13:01 101 baxış
IMG

"Qarabağ" klubu Şahruddin Məhəmmədəliyevlə müqavilə bağlayıb.

Lent.az bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb. Ötən mövsüm Türkiyənin “Adana Dəmirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.

Qeyd edək ki, Ş.Məhəmmədəliyev 2016-2024-cü illərdə Ağdam klubunun formasını geyinib. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Qolkiper "Qarabağ"la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

O, Azərbaycan millisində 29 oyun keçirib.

Xəbər lenti