IMG-LOGO

Bakıda 19 yaşlı oğlan 48 yaşlı kişini bıçaqladı

17 Jul 2024 19:21 193 baxış
IMG

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi qəsəbəsi ərazisində qeydə alınıb. 

Abşeron rayon sakini, 19 yaşlı Fərid Məlikov münaqişə zəminində Bakı şəhər sakini, 48 yaşlı Elnur Hacıbababəyovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən F.Məlikov saxlanılıb.

Mənbə: lent.az

Xəbər lenti