IMG-LOGO

Bakıda "Hyundai" mopedlə toqquşdu: ölən var

17 Jul 2024 18:16 180 baxış
IMG

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natavan küçəsində qeydə alınıb.

Kamal Nizami oğlu Cəlilovun idarə etdiyi "Hyundai" markalı yük avtomobil Fərrux Zaur oğlu Fəttayevin idarə etdiyi mopedlə toqquşub.

Qəza nəticəsində ağır xəsarət alan F.Fəttayev xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq onun xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti