IMG-LOGO

Bakıda üç marşrut avtobusunun hərəkəti dəyişdirilir

17 Jul 2024 16:25 209 baxış
IMG

Bakının yollarında aparılan təmir işləri ilə əlaqədar Mətbuat prospektində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Tətbiq edilən məhdudiyyətlə əlaqədar 29, 39, 96 və 206 saylı müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Nazim Hikmət küçəsi, Abbas Mirzə Şərifzadə küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib.

Mənbə: lent.az

Xəbər lenti