IMG-LOGO

Nəsiminin icra başçısı Zaqataladan deputatlığa namizəd oldu

17 Jul 2024 14:57 158 baxış
IMG

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın İdarə Heyətinin bu gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərini açıqlayıb. 

Partiyanın 112 saylı Zaqatala seçki dairəsi üzrə namizədi Əsgərov Asif Yunis oğludur. 

Lent.az-ın məlumatına görə, Asif Əsgərov Nəsimi rayon İcra Hakimiyyətinin başçısıdır.

Mənbə: lent.az

Xəbər lenti