IMG-LOGO

Azərbaycan təmsilçiləri erməni rəqiblərinə qalib gəldilər

16 Jul 2024 21:44 263 baxış
IMG

Azərbaycan stolüstü tennisçiləri İsveçin Malmö şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında Ermənistan komandasına qalib gəliblər.

Lent.az xəbər verir ki, 19 yaşadək oğlanların komanda yarışlarında Ermənistan seçməsi ilə qarşılaşan 16 yaşlı stolüstü tennisçilərimiz etimadı doğruldublar. Azərbaycan kollektivi gərgin mübarizə şəraitində keçən görüşdə 3-1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.

Mənbə: lent.az

Xəbər lenti