IMG-LOGO

AVRO-2024-ün ƏN YAXŞI QOLU seçildi-VİDEO

16.07.2024 22:28 101 baxış
IMG

Avro-2024-ün ən yaxşı qolu açıqlanıb.

Lent.az UEFA-nın saytına istinadən xəbər verir ki, yarımfinalda İspaniya millisinin hücumçusu Lamin Yamalın Fransanın qapısına vurduğu qol turnirin ən yaxşısı seçilib.

16 yaşlı futbolçu qarşılaşmanın 21-ci dəqiqəsində cərimə meydançasının kənarından rəqib qapısına yol tapıb.

Qeyd edək ki, İspaniya millisi dördüncü dəfə Avropa çempionu olub.

Xəbər lenti