IMG-LOGO

Bakıda qrilin içindən qurd çıxdı

16.07.2024 12:34 30 baxış
IMG

Bakıda təndirxanaların birində satılan qrilin içindən qurd çıxıb.

Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Sözügedən təndirxananın 8 noyabr prospektində yerləşdiyi bildirilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Bakıda 8 Noyabr prospektində yerləşən təndirxanalardan birindən alınan qrildən qurd çıxması ilə bağlı məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb.

Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək. 

Görüntüləri təqdim edirik:

 

Xəbər lenti