Çin Ukraynada müharibənin başa çatdırılması yollarını müzakirə etmək üçün Rusiya və ABŞ-ın iştirakı ilə üçtərəfli sammitin keçirilməsində maraqlı deyil.
"Report" xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer DPA agentliyinə müsahibəsində bildirib.
O, bu məsələni Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü zamanı müzakirə etdiyini dəqiqləşdirib.
Ştaynmayer Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli görüşünün baş tuta biləcəyini istisna etməyib.
Lakin onun sözlərinə görə, Ukrayna məsələsi gündəliyə daxil edilməyəcək.
"ABŞ, Rusiya və Çinin iştirakı ilə Ukrayna üzrə sammitə heç bir hazırlıq aparılmır. O (Si Cinpin – red.) açıq şəkildə bildirdi ki, bu, Avropa münaqişəsidir və onun həllində avropalıların özləri iştirak etməlidirlər", – Almaniya Prezidenti bildirib.
Mənbə: report.az