IMG-LOGO

Hindistanda MSK rəhbərinin istefası tələbi ilə etiraz aksiyaları keçirilir

01 Nov 2026 13:55 5 baxış
IMG

Hindistanda minlərlə insan ölkənin seçki komissiyası rəhbərinin istefası tələbi ilə Hindistan müxalifətinin etirazına qoşulub.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, "Hindistan Milli Konqresi" partiyasının lideri Rahul Qandinin rəhbərliyi ilə keçirilən bazar günü aksiyasının iştirakçıları bunu mövcud hakimiyyətə sərf edən seçici siyahılarına yenidən baxılması ilə razılaşmamaları ilə əsaslandırırlar.

Analitiklər iddia edirlər ki, nisbi sabitliyə baxmayaraq, etirazlar və müxalifətə artan dəstək, Hindistanın hazırkı hökuməti üçün 2014-cü ildə hakimiyyətə gəldiyi vaxtdan bəri ən pis böhrandır.

Hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib, aksiyaların keçirildiyi yerə bəziləri dəyənək və qalxanlarla silahlanmış yüzlərlə təhlükəsizlik xidməti əməkdaşı və iğtişaşları yatırmaq üçün avtomobillər cəlb edilib. Etirazçılar Dehlinin mərkəzindən müxalifətin proqnozlarına görə yüz minlərlə insanın iştirak edəcəyi mitinq üçün ayrılmış yerə yürüşə başlamazdan əvvəl nəqliyyatın hərəkət marşrutları dəyişdirilib.

"Reuters"in məlumatına görə, seçici siyahılarındakı dəyişikliklər zamanı 130 milyondan çox ad silinib - bu, Yaponiya əhalisindən daha çoxdur. Müxalifət partiyaları iddia edirlər ki, silinmələr qeyri-mütənasib şəkildə müsəlman seçicilərə və baş nazir Narendra Modinin partiyasına səs verməsi ehtimalı az olan digər azlıqlara təsir edib.

Hindistanın Mərkəzi Seçki Komissiyası hər hansı bir partiyaya üstünlük verilməsi ilə bağlı ittihamları rədd edib və bildirib ki, səhvən silinmiş seçicilər yenidən qeydiyyatdan keçə bilərlər, hakim Bharatiya Canata Partiyası (BCP) isə rəqiblərini qanuni seçki prosedurlarına əsassız olaraq etiraz etmək yolu ilə demokratiyanı sarsıtmağa cəhddə günahlandırıb.

Mənbə: report.az

Xəbər lenti