IMG-LOGO

Azərbaycanda aqrar sahə ilə bağlı hədəflər açıqlanıb

30 Oct 2026 10:54 4 baxış
IMG

Azərbaycanda aqrar sahədə səmərəliliyin artırılması, kəndlərin sosial-iqtisadi inkişafının daha da yaxşılaşdırılması və fermerlərin rəqabət qabiliyyətli məxsus istehsalına dəstək verilməsi əsas hədəflərdəndir.

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda böyük strateji hədəflər qoyulub: "Bu proqram çərçivəsində torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi, müasir suvarma sistemlərinin genişləndirilməsi, intensiv arıçılığın inkişafı və aqrar sahənin tam rəqəmsallaşdırılması məhsuldarlığın artmasına səbəb olacaq. İşğaldan azad edilmiş ərazilərin zəngin aqrar potensialının dövriyyəyə cəlb edilməsi bu proqramın uğurlu icrası ilə birbaşa bağlı olacaq".

L.Qasımov əlavə edib ki, iqlim dəyişikliklərinin qlobal çağırışa çevrildiyi müasir dövrdə innovativ texnologiyaların tətbiqi məhsuldarlığa töhfə verir: "Rəqabət yaratmaqla səmərəliliyin artırılması dayanıqlı məhsuldarlığın yeganə təminatıdır".

Mənbə: report.az

Xəbər lenti