IMG-LOGO

Qəhvənin gündəlik limiti nə qədərdir? - Araşdırma

28.06.2024 03:30 6 baxış
IMG

Bir çox insan üçün səhər rejimi bir fincan qəhvə olmadan tamamlanmır.

Lent.az xəbər verir ki, hər kəsin qəhvəyə baxışı müxtəlif olsa da qəhvə qəbul etməyin də öz həddi var.

Əsəb gərilməsi və ürək döyüntülərinin çoxalması çoxlu kofein qəbul etdiyinizi göstərən ümumi əlamətlərdir. Daha nadir hallarda, həddindən artıq kofein istehlakı kofein zəhərlənməsi və ya kofeinin həddindən artıq dozası adlanan vəziyyətə səbəb ola bilər.

Kofein zəhərlənməsi, bir insanın orqanizmində təhlükəli dərəcədə yüksək miqdarda kofein olduğu zaman baş verir. Bu, nəfəs almaqda çətinlik çəkmək və qıcolmalar kimi bir sıra ciddi simptomlara səbəb olur. İnsanların kofein zəhərlənməsindən öldüyü bir neçə hal var.

Bəs kofeinin müəyyən bir həddi varmı?

Kofein zəhərlənməsi insanın həddindən artıq miqdarda kofein istehlak etdiyi zaman baş verir. ABŞ Ərzaq və Dərman İdarəsi sağlam və yetkin şəxslər üçün gündə 400 milliqramdan çox olmayan kofein limiti müəyyən edib. Bu isə dörd və ya beş fincan qəhvəyə bərabərdir.

Bəzi ekspertlərin fikrincə, isə 400 milliqramdan bir qədər çox kofein qəbul etmək kimisə öldürmək və ya zəhərləmək üçün kifayət deyil.

Bu yerdə böyük şairimiz Nizami Gəncəvi demiş:

Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir o da.

Xəbər lenti