IMG-LOGO

Səməd Vurğunun Humayının neçə yaşı var idi? – Şairin açılmamış sirri

27.06.2024 19:34 10 baxış
IMG

Çoxları qərinə sözünü eşidəndə, onu çox böyük bir dövr hesab edir. Əslində isə bir qərinə 32-33 il hesab olunur. İnsan ömrünün ən kamil yaşı da 33 yaş sayılır. Era, əsr kimi anlayışlarla müqayisədə qərinə də çox gənc sayıla bilər.

Lent.az Azərbaycan ədəbiyyatında qərinə ilə bağlı maraqlı bir faktı diqqətə çatdırır.

 Azərbaycanın böyük şairi Səməd Vurğunun “Komsomol” poemasında əsərin qəhrəmanlarından biri, Gəray bəyin gənc və gözəl qızı Humay təsvir edilərkən onun haqqında “Humay tək ayaqlı bir qərinədir” yazıb.

Bunun nə demək olduğunu çoxları bilmir. Əslində şair “tək ayaqlı qərinə” deməklə  bir qərinənin yarısını nəzərdə tuturdu. Bir başa deməsə də, dolayı yolla Humayın 16 yaşında olduğunu göstərirdi.

Xəbər lenti