Tərtərdə su kanalından qadın meyiti tapılıb.
Baş prokurorluqdan Lent.az-a bildirilib ki, faktla bağlı araşdırma aparılır.
"İyunun 26-da saat 17 radələrində Tərtər şəhəri ərazisindən keçən su kanalında Ağdərə rayonu, Şıxarx qəsəbə sakini 1987-ci il təvəllüdlü Vəsilə Məmmədovanın meyitinin aşkar olunması faktı ilə bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq".