IMG-LOGO

AVRO-2024: Gürcüstan Portuqaliyanı məğlub edərək qrupdan çıxdı

27.06.2024 01:24 102 baxış
IMG

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində Gürcüstan və Portuqaliya milliləri üz-üzə gəlib.

 

Lent.az xəbər verir ki, gərgin şəraitdə keçən oyunda gürcülər qərbi avropalıları məğlub edib – 2:0.

Oyunun 2-ci dəqiqəsində Kvitsa Kvaratsxeliya hesabı açıb.

 

Görüşün 57-ci dəqiqəsində Corc Mikautadze 11 metrlik cərimə zərbəsindən komandasının ikinci, qarşılaşmanın sonuncu qolunu vurub.

Bununla da Gürcüstan 4 xalla ən yaxşı qrup üçüncüləridən biri kimi növbəti mərhələyə adlayıb.

Xəbər lenti