IMG-LOGO

Ölüm ayağında olan iti sağaldıb, "BESTMODEL"İN adını verdi

25.06.2024 16:38 33 baxış
IMG

Tayland küçələrində tapdığı iti xilas edən və amerikalı supermodel Sindi Kroufordun adını itə qoyan kişi insanları şoka salıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kişi iti tıxacda olarkən tapdığını deyib:

"Keçən il sentyabrın 22-də mən Sindi Kroufordu küçədə tapdım. O, artıq dərəcədə kökəlmişdi və ölürdü. 46 kq çəkisi var idi. Onun bugünkü dəyişməsinə inanmaq həqiqətən çətindir. Küçədə uzanmışdı, onun saçları tökülürdü".

O, həmçinin əlavə edib ki, it pəhriz saxlamağa başlayıb və tezliklə müəyyən dəyişikliklər yaranıb:

"Əsl nəticələr Sindiyə qalxanabənzər vəzi xəstəliyi diaqnozu qoyulanda görünməyə başladı. Məşq, pəhriz nəticəsində o, həftədə təxminən 400 qram arıqlamağa başladı".

Xəbər lenti