IMG-LOGO

AVRO-2024: Xorvatiya qələbəni son saniyədə əldən verdi

25.06.2024 01:14 27 baxış
IMG

Futbol üzrə Avropa çempionatının B qrupunda mübarizəyə yekun vurulub.

Apasport.az xəbər verir ki, qrup mərhələsində III turun növbəti görüşü keçirilib.

İtaliya-Xorvatiya qarşılaşması dramatik alınıb.

Oyunun son dəqiqəsinə qədər 1-0 öndə olan xorvatlar hesabı qoruya bilməyib. İtalyanlar son saniyədə hesabı bərabərləşdirərək, qrupdan çıxmağı təmin edib. Xorvatiya isə bu hesabla Avropa çempionatı ilə vidalaşıb. 24 iyun AVRO-2024 B qrupu, III tur 23:00. Xorvatiya - İtaliya 1:1 Qol: Modriç, 55 - Zakkanya, 90+8 Baş hakim: Denni Makkeli (Niderland). Leyptsiq, "Red Bull Arena".

Xəbər lenti