IMG-LOGO

Daşkəsən İcra Hakimiyyətində əməliyyat: SAXLANILANLAR VAR

25.06.2024 00:05 6 baxış
IMG

Daşkəsən rayon İcra Hakimiyyətində vəzifəli şəxslər saxlanılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla həmin şəxslərin korrupsiya cinayətlərində şübhəli bilindikləri iddia olunur.

Faktı Daşkəsən rayon İcra Hakimiyyətindən APA-ya təsdiqləyiblər.

Xəbər lenti