IMG-LOGO

Qax sakininin meyiti tapılıb, Zaqatala sakinin axtarışları davam edir - YENİLƏNİB

24.06.2024 14:38 11 baxış
IMG

Mingəçevir su anbarında batanlardan birinin meyiti tapılıb. 

Lent.az xəbər verir ki, Qax rayon Qıbçaq kənd sakini, 1974-cü il təvəllüdlü Həmidov Rövşən Həmid oğlunun meyiti tapılaraq ailəsinə təhvil verilib. 

Zaqatala rayon Aşağı Tala kənd sakini, 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlunun axtarışları isə davam edir.

***

saat 08:45

Mingəçevirə balıq ovuna gedən Zaqatala və Qax sakinləri su anbarında batıb.

Lent.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

Mingəçevir su anbarına balıq ovlamağa gedən Zaqatala rayon Aşağı Tala kənd sakini, 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlu və Qax rayon Qıbçaq kənd sakini, 1974-cü il təvəllüdlü Həmidov Rövşən Həmid oğlu yoxa çıxıb. Onların suda boğulduğu ehtimal edilir. 

Hazırda axtarışlar davam edir. 

Xəbər lenti