IMG-LOGO

İlon Maskın keçmiş arvadı ulduz aktyora ərə getdi

24.06.2024 13:38 43 baxış
IMG

Milyarder İlon Maskın keçmiş həyat yoldaşı Talulah Rayli ərə gedib.

 Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Talulah Riley İlon Maskla iki dəfə evlənib. onlar ilk dəfə 2010-cu ildə evlənib, iki il sonra boşanıblar. 2015-ci ildə yenidən evlənən cütlük çox keçmədən yenidən ayrılıb.

Rayli aktyor və “Taxt oyunları” serialının ulduzu Tomas Brodi-Sanqsterlə evlənib. 

38 yaşlı Rayli və 34 yaşlı Brodi-Sangster 2021-ci ildə Sex Pistols Disney dramını çəkərkən tanış olublar. Cütlük ötən ilin iyulunda nişanlanıb. 

Mask öz X sosial şəbəkəsində onları təbrik edib.

 

Xəbər lenti