IMG-LOGO

Zaqatala və Qax sakinləri Mingəçevir su anbarında batdı

24.06.2024 08:45 14 baxış
IMG

Mingəçevirə balıq ovuna gedən Zaqatala və Qax sakinləri su anbarında batıb.

Lent.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

Mingəçevir su anbarına balıq ovlamağa gedən Zaqatala rayon Aşağı Tala kənd sakini, 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlu və Qax rayon Qıbçaq kənd sakini, 1974-cü il təvəllüdlü Həmidov Rövşən Həmid oğlu yoxa çıxıb. Onların suda boğulduğu ehtimal edilir. 

Hazırda axtarışlar davam edir. 

Xəbər lenti