IMG-LOGO

Ağdamda avtomobil velosipedçini vurdu- 15 yaşlı uşağın durumu ağırdır

23 Jun 2024 19:04 202 baxış
IMG

Ağdamda minik avtomobili velosipedlə hərəkətdə olan 15 yaşlı uşağı vurub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

2009-cu il təvəllüdlü Hüseynli Vüsal Ramil oğlu velosipedlə yolu keçmək istəyərkən “90-UX-771” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobili onu vurub. Vüsal Hüseynli təcili-tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti