IMG-LOGO

Bakıda lift qırıdı -5 nəfər xəsarət aldı

23.06.2024 19:25 26 baxış
IMG

Bu gün saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

5 nəfər (qadın cinsli) xəsarət alıb.

Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.

Xəbər lenti