IMG-LOGO

Usta faciəvi şəkildə öldü

23 Jun 2024 10:29 98 baxış
IMG

Salyanda yük maşınının altında qalan usta ölüb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan sakini, 1986-cı il təvəllüdlü Sadıqov Vüsal Seyidməmməd oğlu yük maşınını təmir edən zaman həmi avtomobili digər avtomobil vurub. Nəticəsində təmir etdiyi avtomobil üzərinə düşən Vüsal Sadıqov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti