IMG-LOGO

Portuqaliya Türkiyəni böyük hesabla məğlub etdi

22 Jun 2024 22:02 222 baxış
IMG

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində Türkiyə və Portuqaliya milliləri üz-üzə gəlib.

Lent.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda Portuqaliya 3 cavabsız qolla qalib gəlib.

Oyunun 21-ci dəqiqəsində Bernardo Silva hesabı açıb. Oyunun 28-ci dəqiqəsində Metin Akaydın topu öz qapısına vurub.

Qarşılaşmanın yekun qolunu 55-ci dəqiqədə Bruno Fernandeş reallaşdırıb.

Mənbə: lent.az

Xəbər lenti